Türkiyə parlamentində deputatların sayı artırılacaq

Türkiyə parlamentində deputatların sayı artırılacaq

Türkiyə konstitusiyasına edilən əlavə və dəyişikliyə əsasən, millət vəkillərinin sayı 550-dən 600-ə çatdırılacaq.
“Report” “Resmi gazete”yə istinadən xəbər verir ki, bu haqda Ali Seçim Quruluşundan bildirilib.


İnformasiyaya əsasən, Türkiyə Böyük Millət Məclisində əyalətləri təmsil edəcək deputatların sayında da dəyişikliklər olacaq.

Məlumata görə, Ankara əyalətindən olan millət vəkillərinin sayı 32-dən 36-ya, İstanbuldan olan deputatların sayı isə 88-dən 97-yə çatdırılacaq.

Qeyd edək ki, 2017-ci il aprelin 16-da Türkiyədə konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı referendum keçirilib. Konstitusiya islahatına əsasən, ölkə parlamentli idarəetmə sistemindən prezident üsul-idarəsinə keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...