Trampla Putin arasında yeni qalmaqal
ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putin ilə bu ay keçirilmiş G20 sammiti zamanı bir deyil, iki dəfə görüşdüyü məlum olub.Rəsmi danışıqlardan sonra baş tutmuş görüş barədə əvvəldən heç bir məlumat verilməyib, Ağ Ev də onun detallarını açıqlamayıb.
Prezident Tramp "gizli nahar" barədə iddiaları "saxta xəbər" adlandırıb. İki liderin qarşılıqlı münasibətləri Rusiya ilə Tramp kampaniyasının sövdələşməsi ittihamları fonunda intensiv nəzarət altındadır.
ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya ötən il prezident seçkilərində Trampa kömək edib. Rusiya bu iddiaların bəzilərini təkzib edib. Tramp isə hər hansı sövdələşməni rədd edib.
Media yazır ki, ikinci görüşdə Tramp tək olub və görüşdə Putin və onun tərcüməçisi iştiak edib. Görüş bir saat davam edib. Müzakirə mövzusu barədə Ağ Ev rəsmilərindəki məlumat yalnız Trampın dediklərinə əsaslanır, çünki prezident köməkçiləri də görüşdə olmayıb.
Ağ Ev bu məlumatı mediada çıxan yazılardan sonra təsdiqləyib, lakin adı çəkilməyən rəsmi görüşü "ikinci görüş" kimi deyil, "qısa söhbət" kimi səciyyələndirib.Rəsmi onu da deyib ki, ABŞ-lı tərcüməçi rusca bilmədiyindən rus tərcüməçinin yardımından istifadə olunub.
Danışıqlar barədə ilk məlumat ABŞ-da mənzillənən “Eurasia Group”un prezidenti İan Bremmerin müştəriləri üçün hazırladığı bülletendə açıqlanıb.Onun sözlərinə görə, prezidentlər həm "təkbətək və qızğın" söhbət edib və ABŞ-lı tərcüməçinin olmaması şam yeməyində hamını təəccübləndirib. Şam yeməyi zamanı Trampın xanımı Melaniya Putinlə yanaşı əyləşib.
Ağ Ev rəsmisi əlavə edib ki, hökumətin "ikinci görüşü gizlətmək" cəhdi barədə "iftiralar yalan, qərəzli və absurddur". Lakin belə görünür ki, Trampın Hamburqda Putinlə amerikalı tərcüməçilərin və müşavirlərin iştirakı olmadan xəlvəti söhbətləşməsi onun Rusiya ilə işbirliyi haqda şübhələri daha da gücləndirəcək.
Virtualaz.org
1026 dəfə oxundu