Lavrov Trampın oğlunu müdafiə etdi: “Vəhşilikdir!”

Lavrov Trampın oğlunu müdafiə etdi: “Vəhşilikdir!”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın oğlu Cunior Trampın rusiyalı vəkillə görüşməyi barədə şayiələrə reaksiya verib.

Axar.az xəbər verir ki, Lavrov hadisələri təəccüblə izlədiyini bildirib və medianın münasibətini “vəhşilik” adlandırıb.

“Rus vəkillə Trampın oğlunun görüşməyi haqda yayılan xəbərləri oxuyub təəccübləndim. Bu xəbərlərin yayılması vəhşilikdir. Hər hansı bir insanın vəkillə danışmağında nə problem var ki? Mövzudan xəbərsizəm, mən də televiziyadan eşitmişəm. Televizorda gördüm ki, bütün Qərb mediası bundan danışır. İnsanların hadisələri bu qədər böyütməsi çox təəccüblüdür. Bəlkə də belə bir şey olmayıb”, - Lavrov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialar ortaya çıxıb. Bundan sonra mediada Donald Trampın oğlu Cunior Trampın rusiyalı vəkillə görüşdüyünə dair xəbərlər yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...