Almaniya Yunanıstan böhranından 1,34 mlrd. avro qazanıb

Almaniya Yunanıstan böhranından 1,34 mlrd. avro qazanıb


Yunanıstana verilən kreditlər və yunan istiqrazlarına yatırılan investisiyalar Almaniyaya 1,34 mlrd. avro (1,54 mlrd. ABŞ dolları) gəlir gətirib.

"Report" "Suddeutsche Zeitung" qəzetinə istinadən xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyi məlumat yayıb.
Almaniyanın "KfW" dövlət bankı vasitəsilə verilən kreditlərdən 393 mln. avro (452 mln. dollar) faiz gəliri, istiqrazlardan isə 952 mln. avro (1,09 mlrd. dollar) gəlir əldə olunub.

"Deutsche Welle" ictimai teleradiokanalı xəbər verir ki, "Yaşıllar" Partiyası dövlətin bu hərəkətini əxlaqsızlıq kimi qiymətləndirib və əldə olunan vəsaiti Yunanıstana geri qaytarmağı tələb edib. Partiyanın büdcə məsələləri üzrə eksperti Sven-Kristian Kindler (Sven Christian Kindler) bildirib ki, "Almaniyanın Yunanıstan böhranından qazanc əldə etməsi leqal olsa da, mənəvi cəhətdən həmrəylik nümayiş etdirmir".
Xatırladaq ki, Yunanıstan 2015-ci ildən etibarən maliyyə böhranı ilə üzləşib və hətta ölkənin o zaman Avropa İttifaqından ayrılması məsələsi gündəmə gəlmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...