Monqolustanda prezident seçkilərində müxalif namizəd qalib gəlib

Monqolustanda prezident seçkilərində müxalif namizəd qalib gəlib

Monqolustanda prezident seçkilərinin ikinci turunda müxalif Demokrat Partiyasının namizədi Haltmaagiyn Battulqa qalib gəlib. Virtualaz.org xəbər verir ki, səslərin 99,94%-nin hesablanmasından sonra Ali Seçki Komitəsi tərəfindən açıqlanmış rəqəmlər bunu deməyə əsas verir.

Bildirildiyinə görə, Battulqa səslərin 50,6%-ni toplaya bilib. Bu isə seçkidə iştirak etmiş 601 min 541 seçicinin səsi deməkdir. Monqolustan Xalq Partiyasının namizədi Miyeeqombın Enxbold cəmi 496 min 940 səs (41,2%) toplaya bilib. Yerdə qalan bülletenlər boş qalıb.

Seçkilərin yekun nəticələri səslərin 100%-i hesablandıqdan sonra açıqlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...