Putin generalı istefaya göndərdi - Gizli əmr

Putin generalı istefaya göndərdi -

Rusiya Prezidenti Vladimir Putin gizli əmrlə Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin rəisi general-leytenant Yuri Sıçı vəzifədən azad edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qəzet Sıçın özünün sağlığı ilə əlaqədar Putinə istefa üçün müraciət etdiyini bildirib. İdarə rəisinin yerinə general-mayor İqor Kolesnikovun təyin olunduğu vurğulanıb.

Qeyd edək ki, 12-ci idarə Rusiyanın bütün nüvə sursatlarının qorunması və döyüşdə tətbiqinə görə məsuliyyət daşıyır. Putin dünən 8 generalı vəzifədən azad etmişdi. Yayımlanan siyahıda Sıçın adı qeyd olunmamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...