Meksikada həbsxanada baş vermiş toqquşma nəticəsində 5 nəfərin başı kəsilib

Meksikada həbsxanada baş vermiş toqquşma nəticəsində 5 nəfərin başı kəsilib

Meksikanın kurort şəhəri Akapulkodakı həbsxanada məhbuslar arasında baş vermiş toqquşma zamanı azı 5 nəfər həlak olub.

Bu barədə Herrero ştatının təhllükəsizliyin əlaqələndirilməsi qrupunun nümayəndəsi Roberto Alvares Erediya məlumat yayıb.

İlkin məlumatlara görə, öldürülənlərin başları kəsilib. Münaqişənin səbəbləri hələlik məlum deyil.

Hazırda həbsxanada vəziyyət yenidən təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Hadisə yerində qətlin təfərrüatlarını müəyyən edən ekspertlər işləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...