17 milyon dollar nağdlaşdırmış bank rəhbəri ölkədən qaçdı

17 milyon dollar nağdlaşdırmış bank rəhbəri ölkədən qaçdı
Rusiyanın ən böyük bankı olan "Sberbank"ın Çeçenistan filialının rəhbəri Seyid-Məhəmməd Cəbrayılov pul vəsaitlərinin qeyri-qanuni nağdlaşdırılması əməliyyatlarında iştirakına görə axtarışa verilib.

GUNDEMİNFO.AZ virtualaz.org-a istinadən xəbər verir ki, cinayət işinin materiallarına görə, Cəbrayılov 12 saxta firma yaradaraq, qeyri-qanuni bank əməliyyatları vasitəsilə təxminən 1 milyard rubl məbləğində vəsaiti (17 milyon dollar - virtualaz.org) nağdlaşdıraraq mənimsəyib.

Əldə olunmuş məlumatlara görə, Seyid-Məhəmməd Cəbrayılov hazırda Rusiyanın sərhədlərindən kənarda gizlənir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...