İstanbulda terror həyəcanı: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

İstanbulda terror həyəcanı:


ABŞ-ın Türkiyədəki səfirliyi İstanbulun Şişli və Mecidiyeköy səmtlərində terror olacağı ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

"Qaynarinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, "Twitter"də yayımlanan xəbərdarlıqda ABŞ vətəndaşlarına Şişlidəki "Trump Towers" binasının 200 metr yaxınlığında olan Ağaoğlu küçəsindən uzaq dayanmaları bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftioğlu səfirliyin sözügedən xəbərdarlığı ilə bağlı açıqlama verib.

"ABŞ səfirliyi bu açıqlamanı heç bir əsaslı dəlilə deyil, sadəcə təhlükəsizlik qurumlarımızın aldığı mütəmadi tədbirlərə əsaslanaraq yayıblar", - deyə o, qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...