NATO-nun Balkanlarda genişlənməsi Rusiyanı çox qıcıqlandırır
Kreml kiçik Monteneqrodan nə istəyir?
“Vladimir Putin prezidentliyində Rusiya Balkanlara öz milli təhlükəsizlik zonası kimi baxmağa başladı. Kreml keçmiş Yuqoslaviyanın varislərini hər vəchlə NATO üzvlüyünə buraxmamağa çalışır”, - İspaniyanın El Pais qəzetindən Pilar Bonet yazır.
Yazı müəllifi Monteneqronun NATO-ya üzvlüyünün Kreml tərəfindən olduqca ağrılı qarşlandığını bildirir.
“NATO yeni üzvlə bərabər 293 km-lik sahil xətti, bir tank, bir haubitsa, bir fəxri qarovul dəstəsi və bir orkestr, 2 min nəfərlik ibarət ordu ilə “gücləndi”. Buna rəğmən alyansın 29-cu üzvü seçilən dövlət Kremldə yalançı isterikaya səbəb ola bilib”, - müəllif yazır.
Rusiya Xarici İşlər Nazilriyi Monteneqronu “düşmən siyasəti yeritməkdə və “anti-Rusiya xəttini tutmaqda” ittiham edərək cavab tədbirləri ilə hədələyib.
Öz tərəfindən Monteneqro xarici işlər naziri Sərcan Dərmanoviç Rusiyanı öz ölkəsini daxili işlərinə açıq şəkildə müdaxilə etməkdə günahlandırıb.
Sərcan Dərmanoviç
Məqalə müəllifinin fikrincə, Rusiya Xarici İşlər Nazilriyinin öz vətəndaşlarının Monteneqroya səyahət etməmək barədə etdiyi xəbərdarlığa rəğmən bir çox rusiyalı bu tövsiyələrə qulaq asmayaraq əvvəlki kimi Balkanların bu füsunkar diyarını ziyarət edirlər. İki slavyan ölkəsi arasında tarixi bağları və mədəni yaxınlıq sayəsində onlar burada rahat şəkildə səyahət edə bilirlər.
Rusiya qalereyaçı, Moskvadakı vandalların əlindən qaçıb Monteneqroya yerləşən Marat Germanın fikrincə, əslində ölkənin NATO-ya girməsi rus oliqarxlarınl da ürəklərində sevindirib:
“Bir çox Rusiya generalının burada otel və villaları var. Onlar əllərindəki obyektlərin qiymətlərinin ölkənin NATO-ya daixl olmasından sonra kəskin şəkildə artacağını gözəl bilirlər. İsteriya Rusiyanın özündədir”.
Məqalədə Monetenqroda yaşayan digər rusiyalı, jurnalist Yelena Zelinskayanın da fikirlərinə yer verilib.
Zelinskayanın rəyinə görə, Moskva Monteneqronun alyansa daxil olmasına sadəcə ABŞ-la apardığı rəqabət çərçivəsindən baxır. Lakin Balkanlarda iki güc arsında geopolitik mübarizəyə dəxli olmayan daha dərin, regional problemlər mövudddur.
“Öz siyasətinin səriştəsizliyi ucbatından Moskva Monteneqro ilə ənənəvi gözəl münasibətləri pozmaq üzrədir”, - Zelinskaya əminliyini ifadə edir.
Ekspertlərin rəyinə əsasən, Monteneqronun NATO-ya daxil olması “Rusiyadan xilas olmaq” zərurətindən daha çox, müxtəlif icmalar arasında münasibətlərdə sabitlik əldə etmək, habelə qonşularla ərazi mübahisələrini nizama salmaq ehtiyacından irəli gəlib.
NATO-nu təxribatlarda ittiham edən Rusiya isə Atlantik və qərbyönümlü siyaət həyata keçirməyə çalışan qonşu Makedoniyanın işlərinə fəal şəkildə qarışmaqda davam edir.
Hazırda bu ölkə millətlərarası münaqişə (makedonlar və albanlar) təhlükəsi qarşısındadır.
1120 dəfə oxundu