ABŞ-da Konqres üzvü güllələnib

ABŞ-da Konqres üzvü güllələnib


ABŞ Konqresinin üzvü atəşə tutulub.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, hadisə Vaşinqton yaxınlığında, Virciniya ştatının Aleksandria şəhərində baş verib.

Konqresin Nümayəndələr Palatasının üzvü Stiv Skaliz (Steve Scalise) öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə S. Skaliz və bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Atəş açan şəxsin polis tərəfindən saxlanıldığı bildirilir.

1965-ci il təvəllüdlü S. Skaliz Luiziana ştatını təmsil edir və respublikaçıdır. O, Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatorudur. Hadisə barədə prezident Donald Tramp məlumatlandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...