ABŞ-ın iki baş prokuroru Trampa cinayət işi açdı – Prezident korrupsiyada ittiham olunur
ABŞ-ın Kolumbiya dairəsi və Merilend ştatının baş prokurorları ABŞ prezident Donald Trampı antikorrupsiya qanununu pozduğuna görə məhkəməyə verəcəklər.
Avropa.info xəbər verir ki, “The Wall Street Journal” məhkəmə iddiasına səbəb kimi Trampın prezident vəzifəsinin icrasına başlamazdan əvvəl xarici dövlətlərdən maliyyə aldığını yazır.
Prezidenti həmçinin vəzifəyə başladıqdan sonra biznes idarəçiliyini təhvil verməməkdə ittiham edirlər. Baş prokurorlar onun öz şirkətindən maliyyə hesabatları aldığını bəyan ediblər.
“Biz ona görə cinayət işi açırıq ki, prezident öz biznes maraqlarından əl çəkmək üçün lazımi addımları atmadı” – baş prokuror Karl Rasin belə deyib.
Federal məhkəmə iddianı qəbul etsə, baş prokurorlar ilk növbədə biznesində xarici müqavilələrin rolunu müəyyən etmək üçün Trmapdan öz vergi deklarasiyasını açmağı tələb edəcəklər.
Baş prokurorlar keçən il Ağ Evin yaxınlığında açılmış “Trump International Hotel” otelinin fəaliyyətindən narahatdırlar. Bildirilir ki, Küveyt səfirliyi “Four Seasons” otelində yer kirayələsə də, sonradan tədbirini bu oteldə keçirib. Trampın inauqurasiyasından bu tərəfə isə səudiyyə Ərəbistanı bu oteldə bir neçə dəfə otaq sifariş edib.
902 dəfə oxundu