Rus qırıcısı Baltik səmasında ABŞ strateji bombardmançısını ələ keçirdi

Rus qırıcısı Baltik səmasında ABŞ strateji bombardmançısını ələ keçirdi


Rusiya qırıcı Su-27 Baltik dənizi üzərində uçan amerikan bombardmançısı B-52 təyyarəsini ələ keçirərək müşayiət edib.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hadisə bu gün səhər Moskva vaxtı ilə saat 10:00-da baş verib. MN ABŞ təyyarəsinin Rusiya sərhədi boyunca uçduğunu bildirib. Onun ələ keçirilməsi üçün Su-27 qırıcısı havaya qaldırılıb.

“Rusiya Su-27 təyyarəsinin ekipajı obyektə təhlükəsiz məsafədə yaxınlaşaraq onun Amerikanın B-52 strateji bombardmançısı olduğunu müəyyənləşdirib” – rəsmi məlumatda belə deyilir.

Rus qırıcısını görən amerikan bombardmançısı Rusiya sərhədindən uzaqlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...