Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar

Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar


Suriya müxalifəti alyansının “Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, bunu alyansın nümayəndələrindən biri deyib. O bildirib ki, hücum əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə yanaşı döyüşüblər. Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.

Qeyd edək ki, Raqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...