İŞID Filippinin Maravi şəhərində bayraq taxdı - şəhərdə döyüş gedir

İŞID Filippinin Maravi şəhərində bayraq taxdı -


İŞID terror qrupu Filippinin Maravi şəhərini işğal etməyə çalışıb. İŞID-a bağlı Maute terror təşkilatı ilə hökumət qüvvələri arasında döyüşlər Maravidə davam edir. Bölgədən əldə edilən məlumatlara görə, polis Maute tərəfindən qətlə yetirilən əsirlərin meyitlərini tapıb. Polis Maravidə qətlə yetirilən 16 əsirdən 8-nin meyidinin üst-üstə atıldığı şəkilləri paylaşıb. Digər 8 meyit isə qadınlara və uşaqlara aiddir. Meyitlər Mindanao universitetinin düşərgəsində tapılıb.

CNN şəhər məscidinəə yaxın məktəbin binasına terrorçuların İŞID bayrağını taxarkən əkilən görüntüləri yayıb. Yerli əhalinin verdiyi məlumata görə, şəhərin hər tərəfində İŞID bayraqlarına rast gəlinir.

Maravi Fillipinin Mindao əyalətindən yerləşir. 200 000 əhalisi olan Maravinin hazırda 90%-i şəhəri tərk edib. Lakin hələ də 1000 nəfərdən artıq dinc əhalinin şəhərdə qaldığı deyilir. Qalan dinc əhalinin xilas edilməsi üçün təhlükəsizlik qüvvələri səfərbər edilib.

Vuruşmalar davam etməkdədir, 42 nəfərin öldürüldüyü bildirilir.

Maute terror təşkilatı şəhərə keçən həftədən hücumlar edib. Təşkilat üzvləri 11 nəfəri əsir götürüb, iki məktəb, bir həbsxana və kilisəni yandırıb.

Hadisələrin cərəyan etdiyi ərəfədə Rusiyada olan Filippin dövlət başqanı Dütürte təcili geriyə qayidaraq Maravidə fövqəladə vəziyyət rejimi elan edib.

Dövlət rəhbərinin narkotik maddə ticarətinin və zoraıkılıq hədisələrinin qarşısını almaq üçün uzun müddətdir ki, mütəşəkkil dəstələrlə və narkobandalarla mübarizə apardığı bildirilir. Hətta buna görə dövlətə köməklik edənlərə pul mükafatı verilir. Polis isə hadisə törədən şəxsləri yerindəcə öldürmək haqqına malikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...