“Kim Çen In öz oyuncaqları ilə oynayır” – Trampın telefon söhbətinin DETALLARI
“Vaşinqton Post” qəzeti ABŞ prezidenti Donald Trampın filippinli həmkarı Rodriqo Duterte ilə telefon söhbətinin təfərrüatını yazıb.
Publika.az xəbər verir ki, aprelin 29-da olan telefon söhbətinin əsas müzakirə mövzusu Koreya Xalq Demokratik Respublikasının ətrafında vəziyyət olub.
Qəzet yazır ki, Tramp Pxenyanın raket sınaqlarının müvəffəqiyyətsizliyini müsbət qiymətləndirib. Sınaqlar telefon söhbətinə az qalmış həyata keçirilmişdi. Tramp sınaqların müvəffəqiyyətsizliyini “yaxşı xəbər” adlandırıb. Duterte cavabında deyib ki, Şimali Koreya lideri Kim Çen In “öz bombaları, oyuncaqları ilə oynayır”.
“Biz nüvə silahı ilə dəliyə azadlıqda olmağa icazə verə bilmirik. Bizdə böyük güc var. Amma biz ondan istifadə etmək istəmirik”, - Amerika nəşri Trampın sözlərini sitat gətirib.
Tramp ümid etdiyini ifadə edib ki, Çin Koreya problemini həll edəcək, əks təqdirdə bunu ABŞ edəcək.
İki prezidentin telefon söhbətinin təfərrüatlarına görə, Tramp Duterte ilə münasibətləri qaydaya salmağı bacarıb. “Vaşinqton Post” yazır ki, söhbətin sonunda Ağ Evin başçısı həmkarını Vaşinqtona dəvət edib.
Nəşr qeyd edir ki, liderlərin söhbətinin yazısını vermiş şəxs anonim qalmağı arzulayıb.
857 dəfə oxundu