Ümumdünya Ərzaq Təşkilatı: Yüz minlərlə uşaq aclıq təhlükəsi ilə üzləşib

Ümumdünya Ərzaq Təşkilatı: Yüz minlərlə uşaq aclıq təhlükəsi ilə üzləşib

[
u]Dünyada yüz minlərlə uşaq Ümumdünya Ərzaq Təşkilatının maliyyələşməsində yaranan problemlə əlaqədar aclıqdan ölmək təhlükəsi ilə üzləşib.[/u]

APA-nın “Associated press”ə istinadən verdiyi məlumata görə, bunu təşkilatın icraçı direktoru Devid Bisli deyib. O bildirib ki, təşkilatın maliyyələşməsində boşluqlar həll olunmasa, 600 min uşaq acından ölə bilər. D. Bisli qeyd edib ki, təşkilatın ABŞ tərəfindən maliyyələşdirilməsinin dayandırılmasının qarşısını almaq üçün Vaşinqtonda olan bütün əlaqələrini işə salacaq.

Qeyd edək ki, Devid Bisli daha əvvəl ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
825 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...