"Microsoft” rəhbəri ABŞ-ı kiber hücumlarda ittiham edir - (VİDEO)

"Microsoft” rəhbəri ABŞ-ı kiber hücumlarda ittiham edir -


“WannaCry” virusunun yayılmasına görə, məsuliyyət müxtəlif ölkələrin hakimiyyətləri və xüsusi xidmət orqanlarının üzərinə düşür.

AzVision.az xəbər verir ki, bu barədə “Microsoft” kampaniyasının prezidenti Bred Smit öz bloqunda yazıb.

Onun sözlərinə görə, hökumətlər öz məqsədlərinə nail olmaq üçün proqram təminatında boşluqlar haqqında məlumatlar yığır, daha sonra isə hakerlər bu məlumatlardan istifadə edirlər.

Smit bunu ABŞ ordusundan Tomahawk raketlərinin istifadəsi ilə müqayisə edib. O, hakimiyyətləri proqramlarda olan çatışmazlıqlar barədə bütün məlumatları birbaşa proqram yaradıcılarına ötürməyə çağırıb.

“Biz Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) topladığı boşluqların “Wikileaks” tərəfindən yayılmasının şahidi olduq, indi isə ABŞ Milli Təhlükəsizlik Agentliyindən oğurlanan məlumatlar bütün dünyada olan istifadəçilərə zərər vurdu”, - deyə Smit bəyan edib.

Qeyd edək ki, daha əvvəl İnterpol 150 ölkədə 200 min nəfəri əhatə edən kiber hücumla bağlı məlumat yayıb. İnterpolun rəhbəri Rob Vainrayt bunu “tarixin ən böyük kiber fidyə hücumu” adlandırıb. Onun sözlərinə görə, kiber hücumlar təkrarlana bilər.

““WannaCry” adlandırılan virus kompüterlərdə sənədlərə girişi məhdudlaşdırır və 300 dollar müqabilində sənədlərə baxmaq mümkündür.






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...