Türkiyə ABŞ-dan Gülənlə bağlı tələb etdi

Türkiyə ABŞ-dan Gülənlə bağlı tələb etdi


Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ ABŞ-ın Ədliyyə naziri Ceff Sessionsla bir araya gələrək, Fətullah Gülənin Ankaraya verilməsi məsələsini müzakirə edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, iki nazirin görüşü 45 dəqiqə çəkib.

Verilən açıqlamada qeyd edilib ki, bu görüşün əsas məqsədi FETÖ lideri Fətullah Gülənin müvəqqəti həbs edilməsi və Türkiyəyə ekstradisiyasını təmin etmək olub. Bundan başqa, türkiyəli nazir qarşı tərəfə təqdim etdiyi materialların qısa müddətə məhkəməyə təqdim olunmasını amerikalı həmkarından tələb edib.

Türkiyə mediasının əldə etdiyi məlumata görə, Bozdağ-Sessions görüşü müsbət atmosferdə keçib və tərəflər təmasları davam etdirmək istəklərini qeyd ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...