Almaniya türk hərbçilərə qaçqın statusu verməyə başlayıb

Almaniya türk hərbçilərə qaçqın statusu verməyə başlayıb


Almaniyada türk hərbçilər və onların ailələrinə siyasi qaçqın statusu verilməsinə başlanılıb. "Report" xəbər verir ki, bu barədə "Sueddeutsche Zeitung" nəşri yazıb. Hazırda neçə nəfərə bu statusun verildiyi dəqiq məlumat deyil.

Almaniyanın Daxili İşlər Nazirliyi bundan əvvəl idarəyə müvafiq statusun təqdim edilməsi ilə bağlı 262 sorğunun göndərildiyini təsdiq edib. Onların hamısı 2016-cı ilin iyulunda Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra müxtəlif vaxtlarda göndərilib. 2017-ci ilin fevralında İstanbul prokurorluğu dövlət çevrilişinə cəhd haqqında iş üzrə istintaqı başa çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...