OPEK sözünü tutsa, neft bahalaşacaq – JP Morqan

OPEK sözünü tutsa, neft bahalaşacaq –


Əgər OPEK neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasını bu ilin sonuna qədər uzatsa, neftin qiyməti 60 dollardan baha olacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ “JP Morqan” bankı yayıb. Bankın ekspertləri həmçinin neft qiymətlərinin artmasının OPEK-ə daxil olmayan ölkələrin hasilatı artırmasına səbəb olacağını bildiriblər.

Nəticədə 2018-ci ildə neft bazarında balans yaratmaq çətinləşəcək. Bununla belə, bu il neftin orta qiymətinin 55,78 dollar, gələn il isə 55,5 dollar olacağı ehtimal edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
784 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...