Emənistanda kəndlilər etiraza qalxdı - VİDEO VİDEO
Keçən ilin iyun ayında Ermənistanın Artik rayonunda seldən ziyan çəkən kəndlilərə bu günədək normal kompensasiya verilməyib. Onlar bu səbəbdən dağılmış evlərini, təsərrüfatlarını bərpa edə bilmirlər. Səbəb Ermənistan hökümətinin ödədiyi məbləğin onlara dəymiş ziyanı aradan qaldırmağa kifayət etməməsidir.
AzVision.az ermən KİV-lərinə istinadən xəbər verir ki, erməni kəndlilər dəymiş ziyanın obyektiv qiymətləndirilməsi və buna uygun kompensasiya ödənilməsi üçün müvafiq dövlət qurumlarının qapılarını döyürlər. Lakin onların müraciətlərinə baxan tapılmır.
“Bizə deyirlər ki, nə verilib onunla kifayətlənməlisiniz, əsas işlər bizim üzərimizdə qalıb.”- deyə etiraz edən kəndilər yaxın vaxtlarda rayonun mərkəzində toplaşacaqlarını bəyan ediblər.
Xatırladaq ki, 24 iyun 2016-cı ildə adıçəkilən bölgədə qar suları küçələrə, evlərə dolaraq kəndlilərə ciddi ziyan vurub. Evləri, heyvanları, bir sözlə bütün əmlakları məhv olan kəndlilər Ermənistan höküməti tərəfindən onlara ayrılan vəsaitin azlığından şikayətlənirlər.
857 dəfə oxundu