İranlı deputat yenə azərbaycanlıları təhqir etdi

İranlı deputat yenə azərbaycanlıları təhqir etdi

İran parlamentinin millət vəkili Kazım Delxoş azərbaycanlıları təhqir edib.

Axar.az İranın "YolPress” saytına istinadla xəbər verir ki, Delxoş azərbaycanlılara Maku şəhərində, Bazırqan sərhəd keçid məntəqəsində olan zaman aşağılayıcı ifadə işlədib. Belə ki, görüşlərinin birində telefonla danışan Delxoş, "Bunlar türkdür, heç nə anlamazlar” sözlərini söyləyib.

Delxoşun bu sözləri işlətdiyi görüntüləri "Teleqram” sosial şəbəkəsində yayılıb və ciddi etiraza səbəb olub.

Qeyd edək ki, Delxoş bundan öncə Qəzvində olan azərbaycanlıları təhqir etmişdi.

Delxoş İran parlamentinin İqtisadiyyat Komissiyasının üzvüdür. O, farsların üstünlük təşkil etdiyi Somesəran şəhərindən parlamentə üzv seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...