Rusiyada FTX-nın qəbul şöbəsinə hücum olub, ölənlər var

Rusiyada FTX-nın qəbul şöbəsinə hücum olub, ölənlər var


Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin qəbul şöbəsinə silahlı hücum olub.

APA-nın Rusiya bürosunun FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində biri FTX əməkdaşı olmaqla, iki nəfər ölüb.

"Aprelin 21-də yerli vaxtla 17:02 radələrində Rusiya FTX-nın Xabarovsk dairəsi üzrə İdarəsinin qəbul şöbəsində naməlum şəxs daxil olaraq oradakı insanlara atəş açmağa başlayıb. FTX əməkdaşı və orada olan MDB ölkələrindən birinin vətəndaşı ölüb, digəri isə yaralanıb. Hücum edən də öldürülüb", - deyə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...