Türkiyədə dəhşətli terrorun qarşısı alındı

Türkiyədə dəhşətli terrorun qarşısı alındı


İstanbulda hüquq mühafizə orqanları tərəfindən İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyat keçirilib.

Azvision.az xəbər verir ki, şəhərin 3 bölgəsində eyni vaxtda keçirilən əməliyyatlarda beş nəfər həbs edilib.

Araşdırma zamanı məlum olub ki, həbs edilən şəxslər aprelin 16-da Türkiyədə keçiriləcək referendum zamanı terror aktları törətməyi planlaşdırıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bundan başqa Mersin Vilayətində də İŞİD-in 12 üzvü tutulub. Onlar da aprelin 16-da ölkədə terror törətmək niyyətində olublar. İŞİD-çilərindən üzərindən qadağan olunmuş ədəbiyyat və silah-sursat aşkar edilərək götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...