Petrosyan da seçkinin nəticəsini tanımadı: Saxtakarlıq

Petrosyan da seçkinin nəticəsini tanımadı:


Erməni Milli Konqresi Ermənistanda keçirilən son parlament seçkisinin legitimliyindən şikayət edəcək.

Axar.az xəbər verir ki, siyasi blok yaydığı bəyanatda aprelin 2-də keçirilən seçkinin kütləvi saxtakarlıqlarla yadda qaldığını bildirib. Siyasi qurum bütün pozuntularda hökuməti günahlandırıb:

“Seçkidəki qanun pozuntularına seçki gününün konstitusiyaya zidd təyin edilməsi, seçicilərin qorxudulması, gizli səsvermənin tələblərinin pozulması, səsvermə günü seçki məntəqələrindən canlı yayımda yaranan fasilələr, yenidən səsverməylə bağlı çoxsaylı hallar, jurnalistlərə qarşı güc tətbiqi aiddir. Bütün bunları nəzərə alaraq, seçkinin legitimliyini şikayət edəcəyik”.

Qeyd edək ki, Ermənistanda parlament seçkisi aprelin 2-də keçirilib. Seçkidə hakim Respublika Partiyasını qələbə qazanıb. Bu partiya səslərin 49,12%-ni toplayıb. Onunla bərabər parlamentə Çarukyan bloku, Yelk bloku və Daşnaksütyun Partiyası daxil olub. Erməni Milli Konqresi isə 7%-lik səs bariyerini aşa bilməyib.

Ölkədə keçirilən seçki saxtakarlıqlarla yadda qalıb. Belə ki, ölkədə mövcud olan 1521 məntəqədə 2131 seçki pozuntusu müşahidə edilib. ATƏT ölkədə kifayət qədər seçki saxtakarlığı olsa da, seçkini tanıyıb.

Ölkədəki seçki pozuntularına əsas reaksiya Azad Demokratlar Partiyası və Erməni Milli Konqresindən gəlib. Demokratlar Partiyası bu seçkinin sadəcə oyun olduğunu və Sərkisyan hakimiyyətinin erməni xalqını aldatdığını bəyan edib.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkədəki iqtisadi durumun acınacaqlı olduğunu bildirərək, seçicilərin az miqdarda pul müqabilində ələ alındığını söyləyib və bu seçkini “pul seçkisi” adlandırıb. Onun bu fikrinə parlament seçkisində iştirak edən namizədlərin bir çoxu dəstək verib.

Yerli ekspertlər Ermənistandakı seçkini ölkəni suveren etməyəcəyini bildiriblər. Onların fikrincə, bu seçki ölkənin Rusiyadan asılılığını daha da artıracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...