Sankt-Peterburq metrosunda terror aktı törədən şəxsin adı açıqlanıb - VİDEO

Sankt-Peterburq metrosunda terror aktı törədən şəxsin adı açıqlanıb -


Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti dünən Sank-Peterburqda metroda terror aktı törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, terror aktının 1995-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olmuş, hazırda Rusiya vətəndaşı olan Akberjon Cəlilov tərəfindən törədildiyi ehtimal edilir.

Hazırda Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin Oşdakı müvafiq strukturları Ə. Cəlilovla bağlı bütün məlumatları, əlaqələri araşdırır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
739 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...