Ermənistanda parlament seçkiləri ilə bağlı 6 cinayət işi açılıb, 1 nəfər həbs edilib

Ermənistanda parlament seçkiləri ilə bağlı 6 cinayət işi açılıb, 1 nəfər həbs edilib


Ermənistan parlamentinə keçirilən seçkilərdə törədilən qanun pozuntuları faktı üzrə 6 cinayət işi açılıb, bir nəfər həbs olunub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, cinayət işinin 3-ü Yerevanda, 3-ü isə ölkənin əyalətlərində açılıb.

Qeyd edək ki, aprelin 2-də Ermənistan parlamentinə seçkilər keçirilib. Ölkə Baş Prokurorluğunun İşçi Qrupu ötən gün seçki başa çatdıqdan sonra yerli vaxtla saat 20:00-dək seçki pozuntularına dair 1594 qanun pozuntusunu araşdırdığı haqqında məlumat yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...