Ermənistanın 3 kəndi yer üzündən silindi
Son illərdə Ermənistanda insanların ağır iqtisadi durumuna görə yaranan etiraz dalğasını həm xəbərlərdən, həm də sosial şəbəkələrdən izləyirik.
Mətbuat.az-a istinadən xəbər verir ki, ağır iş rejimi və az maaşdan şikayətlənən yerli əhalinin artıq ölkəni tərk etməsi isə göz önündədir. Əhalinin ölkəni tərk etməsi nəticəsində isə bir çox kəndlərdə və şəhərlərdə insan sayı kəskin şəkildə azalıb. Hətta buna görə Ermənistanın 3 kəndi yer üzündən silinib.
"Aykakan Jamanak" qəzetinin məlumatına görə, bu kəndlər Lori vilayətinin Almadaran, Artavazan və Safali kəndləridir. İnsanların ağır sosial iqtisadi durumu ucbatından ölkəni tərk etməsi nəticəsində sözügedən kəndlərdə artıq bir nəfər də qalmayıb. 1 il bundan əvvəl kəndlərin hər birində 40-50 adam qalması ucbatından burdakı məktəblər də bağlanıb. Nəticədə hər üç kənddə axırıncı evin də qapılarına qıfıl vurulub. Yerli əhali bildirir ki, bu kəndlərin əhalisinin demək olar ki, hamısı hazırda Rusiyada gündəlik qazanclarını təmin etməklə məşğuldur. Vilayətin daha 4 kəndi də yer üzündən silinməyə namizəddir.
Qeyd edək ki, rəsmi statistikada ölkənin paytaxtı İrəvanda da əhalinin sayının azaldığı qeyd edilir.
796 dəfə oxundu