Azərbaycanlı qız erməni müəllimi məhv etdi - Polşada
Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş 1995-ci il təvəllüdlü Fatimə Kamil qızı Şirəliyeva 2014-2015-ci illərdə Tələbə Mübadiləsi proqramı ilə Polşa Respublikasının Lodz şəhərində təhsil almağa göndərilib.
Axar.az xəbər verir ki, Fatimə burada təhsil aldığı müddətdə Dağlıq Qarabağ mövzusunda keçirilən tədbirlərdə fəal iştirak etməklə bərabər, universitetin ən aktiv tələbəsi kimi Azərbaycan həqiqətlərinin Polşa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan gənclərdən birinə çevrilib.
Fatimənin aktivliyi Lodz Universitetinin rəhbərliyi tərəfindən də rəğbətlə qarşılanıb.
Ümumi fənlər üzrə Fatiməyə dərs deyən müəllim atalıq məzuniyyətinə getdiyindən imtahanları universitetin başqa bir müəllimi - erməni millətindən olan Krakovyan götürüb. Təsadüfi deyil ki, Krakovyan öz erməni xislətinə sadiq qalaraq, Fatiməni imtahandan kəsib.
“Bu müəllim imtahanlara kimi bir neçə dəfə dərslərimizə də girirdi. Mənim Azərbaycandan olduğumu biləndən sonra hərəkətləri, fikirləri tamam dəyişdi. Mən imtahana erməni müəllimin girəcəyini bildikdən sonra mövzumu dəyişib, “Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan” istiqamətində hazırlaşdım.
İmtahanda bu istiqamətdə hazırladığım məruzəmi səsləndirəndə Krakovyan bir neçə dəfə məndə səhvlər tapmağa çalışdı. Amma ona bütün həqiqətləri çatdıranda susmalı oldu. Bütün tələbələr məni çıxışımdan sonra alqışladıqda erməni müəllim daha da qəzəblənirdi”, - deyən Fatimə erməni müəllimin cavabını layiqincə verib.
Hüquqlarını yaxşı bilən tələbəmiz Krakovyanın bu hərəkəti ilə bağlı Lodz Univeristetinin rəhbərliyinə məlumat verəndə ona Krakovyanın 15 ildir universitetdə çalışdığı, ona bu günə kimi hansısa iradın bildirilmədiyi xatırladılır.
Fatimə isə ruhdan düşmür. Polşa Respublikasının Təhsil naziri Lodz Universitetinə gələn zaman Fatimə nazirə yaxınlaşaraq, Krakovyanın ona haqsızlıq etdiyini, Azərbaycandan olduğu üçün imtahandan kəsdiyini bildirir.
Təhsil naziri Fatimənin dinlədikdən sonra işin araşdırılmasını tapşırır. Yekun olaraq həmyerlimiz haqlı çıxır və nazirin göstərişi ilə Krokovyan universitetdən qovulur.
Məsələ ilə bağlı danışan Fatimə gənclərimizi əzmkar olmağa çağırıb.
777 dəfə oxundu