ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü mənimsəmədə ittiham olunur

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü mənimsəmədə ittiham olunur
ABŞ Nümayəndələr Palatasının Kaliforniya ştatından olan respublikaçı üzvü Dunkan Hanter mənimsəmədə şübhəli bilinir.

"Report”un "The Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, Hanter seçki kampaniyasının maliyyələşdirilməsi üçün nəzərdə tutulan on minlərlə dolları ailə səyahətləri, bəzək əşyaları, qida məhsulları, məktəb forması və digər şəxsi məqsədlər üçün xərcləyib.

Qeyd edilir ki, məsələ ABŞ Ədliyyə Departamentinin diqqətindən yayınmayıb. Hanterin vəkilləri təkid edir ki, konqresmen pulun bir hissəsini artıq geri qaytarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...