Saakaşvilidən Baş Prokurorluğa şikayət edildi

Saakaşvilidən Baş Prokurorluğa şikayət edildi

Ukraynalı hüquq müdafiəçisi Oleq Kurçin Odessanın eks-qubernatoru Mixail Saakaşvili ilə Baş Prokurorluğa müraciət edib.

Gundeminfo.az axar.az-a istinadən xəbər verir ki, müraciətdə Kurçin Saakaşvilini Ukraynanın suverenliyini pozmaqda günahlandırıb. O, Saakaşvilinin çıxışlarından birində Odessa vilayətini təhqir etdiyini bildirib.

Kurçin, xüsusilə, buraya Saakaşvilinin “Odessa regionuna separatçılar rəhbərlik edir” sözlərini aid edib.

Qeyd edək ki, Saakaşvili keçən il Odessa qubernatoru vəzifəsindən istefa verib. O buna əsas səbəb kimi hökumətin yarıtmaz fəaliyyətini, bölgədəki korrupsiyanın birbaşa ölkə rəhbərliyi ilə bağlı olmasını göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...