Kim Çen Inın qardaşı öldürüldü

 Kim Çen Inın qardaşı öldürüldü

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Malayziyada qətlə yetirilib. AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Şimali Koreya liderinin qardaşı Kim Çon Nam Kuala –Lumpur hava limanında Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən zəhərlənib.

Malayziya polisi “Reuters”ə açıqlamasında şəxsiyyəti dəqiqləşdirilməyən şəxsin hava limanından xəstəxanaya aparılarkən öldüyünü deyib. Malayziya xüsusi xidmət orqanları ölən şəxsin kimliyini açıqlamırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...