İrəvanda etirzaçılar müddətsiz aksiyaya qərar verir

İrəvanda etirzaçılar müddətsiz aksiyaya qərar verir


Yerevanın mərkəzində Marşal Baqramyan prospektində keçirilən etiraz aksiyası “nümayişçilərin bütün üç tələbi” yerinə yetirilənədək davam edəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə fəalların liderlərindən biri Maksim Sarqsyan jurnalistlərə deyib.

M.Sarqsyan bu tələblərin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı heç bir fikri olmadığını qeyd edib: “Onların imkanı var, ancaq istəyi yoxdur”.

O, fəalların müddətsiz aksiyaya hazır olduqlarını iddia edir: “Heç bir qanunu pozmuruq. Düzdür, sakinləri narahat edirik, ancaq bu narahatlığa dözmək olar. Özüm də sürücüyəm. Baqramyan prospekti ilə birbaşa getmək mənə daha rahatdır, lakin biz ümumi maraqlar uğrunda mübarizə aparırıq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1202 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...