Ukraynada terror əsdirən separatçı "Givi" öldürüldü VİDEO

Ukraynada terror əsdirən separatçı "Givi" öldürüldü


Ukraynada Donetsk separatçılarının liderlərindən biri, "Somali" batalyonunun komandiri, "Givi" ləqəbli məşhur terrorçu Mixail Tolstıx bu gün səhər saatlarında öldürülüb. Onun kabinetinin naməlum şəxs(lər) tərəfindən "Şmel" reaktiv odsaçan qurğusu ilə vurulduğu bildirilir. Bu barədə politoloq Şahin Cfərlinin sosial şəbəkədəki səhifəsində qeyd olunub.

Politoloq yazır: "Givi" Donbasda savaş başlayandan bəri "Motorola" ləqəbli digər terrorçu Arsen Pavlovla birlikdə önə çıxan fiqurlardan biri idi. Onlar əsir düşmüş Ukrayna əsgərlərinə şəxsən işgəncə verirdilər və hətta əsirlərdən bir neçəsini şəxsən güllələyiblər. "Motorola" ötən ilin oktyabrında çox peşəkarcasına təşkil olunmuş sui-qəsdlə öz layiqli cəzasına çatıb. O, yaşadığı binanın liftinə daxil olub, düyməni basdıqdan sonra liftdə güclü partlayış baş vermişdi.

"Givi" və "Motorola"dan başqa, indiyə qədər separatçıların digər bir neçə lideri də qeyri-döyüş şəraitində o dünyaya göndərilib. Bu adamları bircə-bircə aradan götürən qüvvənin kimliyi ciddi maraq doğurur. Bununla bağlı bir neçə versiyanı nəzərdən keçirmək mümkündür:

1. Ukrayna kəşfiyyatı (SBU) düşmənin arxasında yaxşı işləyir;

2. Separatçıların müxtəlif silahlı qrupları arasında maddi maraq və digər səbəblərdən konflikt var və onlar zaman-zaman silahlarını bir-birinə qarşı çevirirlər;

3. Rusiya münaqişənin həllinə mane ola biləcək odioz fiqurları aradan götürür.

İstənilən halda, çox müsbət praktikadır. Əli Ukrayna xalqının və əsgərinin qanına batmış adamlar cəzasız qalmır".






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...