İrəvanda parlament binası qarşısında aksiya keçirilir

İrəvanda parlament binası qarşısında aksiya keçirilir


Facebook sosial şəbəkəsində yaradılan “1000 dram qarətinə qarşıyıq” təşəbbüsünün nümayəndələri Ermənistanın parlament binası qarşısında etiraz aksiyası keçirir. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, etirazçılar deputatları sürətli şəkildə səsverməyə çıxarılan qanun layihəsinə mənfi qiymət verməyə çağırırlar.

Layihəyə əsasən, ölən, yaxud əlil olan hərbçilərin sosial problemlərinin həlli üçün hər bir işləyən şəxsdən 20 il müddətində ayda 1000 dram tutularaq xüsusi fonda yönəldiləcək. Aksiyada iştirak edənlərin sözlərinə görə, problem 1000 dramda deyil, bu fonda kimin rəhbərlik etməsindədir. Bundan əlavə, elə vətəndaş var ki, çətinliklə pul qazanır, 1000 dram isə onun üçün böyük məbləğdir.

Təşəbbüs qrupları bu məqsədlə Müdafiə Nazirliyinin generallarından, məmurlardan və oliqarxlardan daha böyük məbləğ tutulmasını təklif edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...