İrəvanda etiraz aksiyası - İşçilər yolu bağladı

İrəvanda etiraz aksiyası -


Ermənistanın paytaxtı İrəvanda “Nairit” zavodunun keçmiş işçiləri etiraz aksiyası keçiriblər.

Etirazçılar zavoda gedən yolu hərəkət üçün bağlayıblar. Zavodun keçmiş işçiləri zavod rəhbərliyindən əmək haqlarının verilməməsi ilə bağlı yaranan cərimələrin ödənilməsini tələb edirlər. Etiraz aksiyasının keçirildiyi əraziyə polis qüvvələri yeridilib.

Qeyd edək ki, “Nairit” zavodunun əməkdaşları son bir neçə il ərzində etiraz aksiyaları keçirərək əmək haqlarının verilməsini tələb ediblər. Bu cür aksiyalar hökumət evinin, eləcə də prezident iqamətgahının qarşısında keçirilib. (Trend)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...