Rusiya aviaşirkəti Yerevana uçuşlardan imtina etdi

Rusiya aviaşirkəti Yerevana uçuşlardan imtina etdi


Rusiyanın aşağı büdcəli aviaşirkəti "Pobeda" Ermənistanın paytaxtı Yerevana aviareyslər həyata keçirməkdən imtina edib. Rusiya KİV-i xəbər verir ki, buna səbəb Zvartnots hava limanında gömrük rüsumlarının yüksək olmasıdır.

Yerevan hava limanında 1 sərnişin üçün rüsum 50 avro təşkil edir. Bu isə Rusiya aviaşirkətinin büdcəsinə uyğun deyil. "Pobeda"nın xarici marşrut istiqamətində 1 sərnişin üçün hava limanının rüsumu orta hesabla 10 avro təşkil edir. Bir sıra hava limanlarında isə bu xidmət ümumiyyətlə pulsuzdur.

Qeyd edək ki, "Pobeda" Rostovdan Yerevana, həmçinin Gümrüyə uçuşlar həyata keçirməyə icazə alıb.(azvision.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...