Erməni politoloq: “Ermənistan ordusu dağılır, onu Rusiyaya tabe etdiriblər”

Erməni politoloq: “Ermənistan ordusu dağılır, onu Rusiyaya tabe etdiriblər”


Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlana bilməsi ehtimalı Ermənistan mətbuatının əsas gündəm mövzusudur.

Erməni ekspertlərinin gəldiyi ümumi rəyə əsasən müharibə Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Ermənistanın tanınmış analitiklərindən İqor Muradyanın lragir saytında ABŞ-Türkiyə-Rusiya münasibətləri və bunun regional məsələlərdə doğurduğu təsirlərlə qələmə aldığı yeni məqaləsində mövzu ilə bağlı geniş təhlil aparılıb.

“Azərbaycan və Ermənistan arasında hərbi münaqişənin perspektivinə iki paralel xətt üzrə gözdən keçirmək lazımdır: Azərbaycan və Ermənistan arasında hərbi münaqişə və Türkiyə, Rusya və İranın hərbi müdaxiləsi”.

Müəllifin fikrincə, burada təxmin ediləndən daha mürəkkəb vəziyyət yarana bilər.

“Bu o deməkdir ki, müxtəlif tərəflər münaqişədə öncədən görülə bilməyən tərzdə iştirak edə bilərlər. Lakin hər halda bununla bağlı məhdud sayda ssenariləri sadalamaq olar”.

“İlkin olaraq təsəvvür edilən kiçik toqquşmaların getdikcə daha geniş miqyaslı münaqişəyə çevrilməsidir. Xarici tərəflər müharibənin yenidən başlanması ilə əlaqədar kənardan izləyəcəklər və bir-birləri ilə əlaqə quracaqlar.

Beynəlxalq birliyin cəhdləri ilə hərbi əməliyyatların dayandırılması və müzakirələrin başlanacağı ehtimalını irəli sürmək olar. Çətin ki, Azərbaycan və Ermənistan qısa bir müddət ərzində gözlə görünən hərbi müvəffəqiyyət əldə edə bilsin. Lakin Azərbaycan hərbi uğura daha tez bir müddətə nail olmağın ssenarisini hazırlayır ki, bu da Ermənistanın hərbi və maddi mənada ciddi itiklər verməsinə gətirib çıxara bilər”, -müəllif qeyd edib.

“Türkiyə Azərbaycana hərtərəfli kömək edəcək. Lakin əgər Azərbaycan strateji əhəmiyyət daşıyan əraziləri itirməklə nəticələnən ağır hərbi məğlubiyyətə uğrasa Ankaranın münaqişədə birbaşa iştirakı, demək olar ki, mümkün olmayacaq”, - müəllif ehtimal irəli sürür.

İqor Muradyanın fikrincə, Ermənistan bütün hallarda NATO-nu heçə sayır və açıq şəkildə alyansın maraqlarına zərbə vurur.

“Ermənistanın NATO-nun himayəsi altında fəaliyyət göstərən sülhməramlı kontingentinin fəaliyyəti erməni KİV-lərində televiziyalarında işıqlandırılmadığı halda, ruslarla həyata keçirilən istənilən fəaliyyət aktiv surətdə təbliğ olunur” deyə Muradyan yazır.

“Ermənistan ordunu ruslara tabe etdirməklə bir çox bağışlanmaz səhvlərə yol verib. Yaxın zamanlarda Ermənistan erməni tanklarının modernləşdirilməsi ilə bağlı Polşa ilə əldə olunan sazişi pozaraq bu işi ruslara həvalə etdi”....

Müəllfin fikrincə: “Məhz Ermənistanın NATO və ABŞ-dan ayrı düşməsi və Rusiyaya tabe olması onun zəiflələməsinə və Azərbaycanla müharibənin yaranma ehtimalının artmasına gətirib çıxarır. Ermənistan ordusu dağılır, onun başında isə “Qriboyedov klubu”nun (Ermənistanda ruspərəst siyasi və ictimai xadimlərin daxil olduğu birliyə qoyulan şərti addır-red.) üzvlərindən biri olan komik şəxs və yoldan keçənlər yığıncağı dayanır.

Hər halda NATO-nun aktivləşməsi səbəbindən regionda bir çox məsələlər dəyişib.Bir çox kəşfiyyat strukturunun hesablamalarına görə hazırkı dövrdə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların başlanması ehtimalı olduqca azdır , lakin təhlükə hələ də aktuallğını qoruyur. Deyəsən, Ermənistanda bu fikirlə az adam razılaşacaq”, -müəllif yazını yekunlaşdırıb.

Müharibənin yenidən başlanması ehtimalı ilə bağlı fransız strateji araşdırmalar mərkəzinin eksperti Kayts Minasyanın da dedikləri də maraqlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
655 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...