Qum fırtınasına görə Mosula hücum dayandırıldı

Qum fırtınasına görə Mosula hücum dayandırıldı


İraqın hökumət qüvvələri əlverişsiz hava şərti ilə əlaqədar Mosul şəhərinin İŞİD qruplaşmasından azad edilməsi əməliyyatını dayandırıb. Bu barədə İraq ordusunun xüsusi təyinatlı dəstələrinin generalı Heydər Fədil məlumat verib.

Interfax informasiya agentliyi xəbər verir ki, noyabrın 2-də Mosul qum fırtınasının təsirinə məruz qalıb. Nəticədə görmə şəraiti pisləşib, havanın nəmliyi artıb. Bununla əlaqədar hökumət qüvvələri hərbi əməliyyatlara ara verib. Hazırda şəhərdə sakitlik hökm sürür, ara-sıra atəş səsləri eşidilir.

ABŞ kəşfiyyatının məlumatına əsasən, şəhərdə 3,5 mindən 5 min nəfərədək İŞİD yaraqlısı var. Onlar hökumət qüvvələrinə güclü müqavimət göstərməkdə davam edir.

Xatırladaq ki, Mosul şəhəri uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyasının aviasiyası iştirak edir. İraqın ikinci böyük şəhəri olan, 1,3 milyon insanının yaşadığı Mosul iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarəti altındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...