Türk qırıcları Suriyada terrorçuları bombaladı

Türk qırıcları Suriyada terrorçuları bombaladı


Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının mövqelərinə 99, PYD (Demokratik İttifaq Partiyası) mövqelərinə isə 4 zərbə endirib. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən məlumat verir. Azad Suriya Ordusu Tell-əl-Həvva və Salve yaşayış məntəqələri üzərində nəzarəti bərpa edib.

Bir neçə gün əvvəl aparılmış hərbi əməliyyatlar zamanı Azad Suriya Ordusunun 6 üzvü həlak olub, 18-i yaralanıb. Ümumilikdə, “Fərat qalxanı” əməliyyatı başladıqdan bəri Azad Suriya Ordusu Suriyanın 167 yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın Cərablus şəhərinin İŞİD silahlılarından azad edilməsi üçün əməliyyata başlayıb. Bu əməliyyat “Fərat qalxanı” adını alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...