“Cumhuriyet” qəzetinin baş redaktoru saxlanıldı

“Cumhuriyet” qəzetinin baş redaktoru saxlanıldı


Türkiyədə PKK və FETÖ qruplaşmasına qarşı aparılan əməliyyat çərçivəsində “Cumhuriyet” qəzetinin baş redaktoru saxlanılıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul Baş prokurorluğunun göstərişi ilə həyata keçirilən əməliyyatda “Cumhuriyet” qəzetinin baş redaktoru Murat Sabuncu, eyni zamanda Cumhuriyet Fondu İdarə Heyətinin üzvü olan yazıçı Güray Öz saxlanılıb. İcra Heyətinin sədri Akın Altayın isə xaricdə olduğu, barəsində saxlanma qərarı verildiyi bildirilir.

İstanbul Baş prokurorluğu mətbuat cinayətləri bürosu tərəfindən aparılan istintaqda rəhbərlərin PKK və FETÖ terror təşkilatlarında üzv olmadan təşkilat adına cinayət törətdikləri iddia edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...