`ABŞ indi axmaq kimi görünür` - Trampdan Obamaya ağır sözlər

`ABŞ indi axmaq kimi görünür` -

ABŞ prezidentliyinə namizəd Donald Tramp İraqın Mosul şəhərində terrorçulara qarşı keçirilən əməliyyatı fəlakət adlandırıb.

AzVision.az xəbər verir ki, bu barədə namizəd öz “Twitter” səhifəsində yazıb.

“Mosula hücum tam bir faciədir. Biz onlara bu barədə bir neçə ay əvvəl xəbərdarlıq etdik. ABŞ indi axmaq kimi görünür. Trampa səs verin və yenidən qalib gəlin”, - deyə onun yazdığı mesajda bildirilir.

Qeyd edək ki, Tramp daha əvvəl də ABŞ-ın Yaxın şərq siyasətini tənqid etmişdi. Onun fikrincə, yanlış siyasət regionda radikal islam və terrorizmin artması ilə nəticələnib.

“Liviyada sabitlik idi. Suriya nəzarətdə idi. Misiri dünyəvi prezident idarə edirdi və ABŞ-ın tərəfdaşı idi. İraqda zorakılıq hallarının aşağı düşməsi müşahidə olunurdu. İran iqtisadi sanksiyalara məruz qalmışdı”,- deyə Tramp bildirib.

Tramp əlavə edib ki, Obama və Klintonun siyasəti nəticəsində Liviya xarabalığa çevrilib, ABŞ səfiri öldürülüb: “İŞİD orada özünə yeni baza əldə edib. Suriya vətəndaş müharibəsi yaşayır. İŞİD ərazilərin böyük bir hissəsinə nəzarət edir. Qaçqın böhranı Avropa və ABŞ-ı təhdid edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...