Azərbaycanda 6793 sürücü cərimələndi - CƏMİ BİR GÜNDƏ

Azərbaycanda 6793 sürücü cərimələndi -


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları təkcə bir gündə 6793 sürücünün inzibati xəta törətdiyini aşkar edib. Bu barədə "Report"a idarədən məlumat verilib.

Məlumata görə, oktyabrın 10-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 45-i sükan arxasına sərxoş halda əyləşdiyinə görə, 4-ü isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 3114 sürücüyə elektron protokol (MMX) tərtib edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...