Rusiyadan ABŞ-a raket xəbərdarlığı: `Cavab veriləcək`

Rusiyadan ABŞ-a raket xəbərdarlığı:


Rəsmi Moskva ABŞ-ın Rumıniya və Polşada raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi haqqında qərarına münasibət bildirib.

AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin birinci müavini Viktor Poznixir bildirib ki, rəsmi Vaşinqtonun bu addımı Rusiya və Çin üzərində hərbi üstünlük qazanmağa hesablanıb. Onun sözlərinə görə, Rusiya Amerikanın bu planlarını cavabsız qoymayacaq.

Poznixir əlvə edib ki, ABŞ-ın Avropda yerləşdirmək istədiyi “Mk-41” raket hücumundan müdafiə sistemləri uzaq məsafəli “Tomahavk” raketlərini daşımağa qadirdir: “Bu ilk növbədə orta və qısa radiuslu raketlər haqqında müqavilənin pozulması deməkdir. Çünki, müqaviləyə əsasən 500 kilometrdən artıq məsafəyə uçan qanadlı raketlərin yerüstü komplekslərinin yerləşdirilməsini qadağandır. “Tomahavk” isə 2500 km məsafəyə uça bilir”.

Poznixir bildirib ki, Rusiyanın bütün Avropa hissəsi ABŞ-ın qanadlı raketlərinin zərbəsi altında qala bilər: “ABŞ-ın strateji silahlanma balansına təsirinin qarşısını almaq üçün adekvat tədbirlər görüləcək. Çin də bu addımlara reaksiya vermək niyyətindədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...