ABŞ-da Putinə ad günü sürprizi - VİDEO

ABŞ-da Putinə ad günü sürprizi -


Nyu-Yorkun Manhetten körpüsündə Rusiyan prezidenti Vladimir Putinin portretinin əks olunduğu plakat asılıb. AzVision.az “ABC News”-a istinadən xəbər verir ki, 6 metr eni, uzunluğu 9 metr olan plakatda “Peacemaker” (sülh yaradacısı) ifadəsi yer alıb.

Naməlum şəxslərin körpüdən asdığı plakat sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Polis hadisə ilə bağlı məlumat daxil olduqdan bir saat sonra Putinin plakatını körpüdən yığışdırıb.

Hələlik faktla bağlı araşdırma aparılır. Polis videomüşahidə qurğuları vasitəsilə plakatı asanların kimliyini müəyyənləşdirməyə çalışır. Qeyd edək ki, bu gün Rusiya liderinin 64 yaşı tamam olur. Aksiyanın məhz Putinin doğum günü ilə bağlı keçirildiyi bildirilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...