"ABŞ günahını etiraf etməlidir" - Rusiya XİN

"ABŞ günahını etiraf etməlidir" -


Rəsmi Moskva Suriyada Rusiya ilə ABŞ arasında birbaşa toqquşma ehtimalına münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, iki ölkə arasında münaqişələrin qarşısının alınması haqqında saziş fəaliyyət göstərir.

O, əlavə edib ki, ABŞ hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib, çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur:

“Ağ Ev təhdid xarakterli bəyanatlar səsləndirməməli, danışıqların pozulmasında təqsirli olduğunu etiraf etməlidir. Vaşinqton Moskvaya öz nöqteyi-nəzərini zorla qəbul etdirməyə və Rusiyanı ABŞ üçün sərfəli istiqamətdə irəliləməyə vadar etməyə çalışır. Vaşinqton Moskvanın mövqeyini nəzərə almaqdan imtina edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...