Ermənistan ordusunun itkiləri - 9 ayda 146 əsgər ölüb

Ermənistan ordusunun itkiləri -


Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan ordusunda qətl və intihar halları 4 dəfə çoxalıb.
AzVision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan rəsmiləri orduda 2015-ci ildə 3 qətl, 5 intihar hadisəsi qeydə alıbsa, bu ilin ilk 9 ayında qətllərin sayı 12-yə, intiharların sayı isə 10-a çatıb.

Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin məlumatına əsasən, hazırda orduda 146 ölüm faktı qeydə alınıb: “Onların 77-si aprelin 1-5-də baş verən döyüşlərdə, 69 fakt isə bədbəxt hadisə, təbii fəlakət, qətl, intihar və atəşkəs rejiminin pozulması nəticəsində ölüb”.

Hesabat dövründə ölüm hallarının 20-si Ermənistan, 126-sı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...