PKK terrorçularının qəzeti bağlandı

PKK terrorçularının qəzeti bağlandı

Terrorçu PKK qruplaşmasını təbliğ edən "Özgür gündəm" adlı qəzet bağlanıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul 8-ci Sülh Məhkəməsi qərar çıxarıb. Qeyd edək ki, Ankarada törədilən terroru sevinclə qarşıladığı üçün bu ilin martında Ankara Prokurorluğu "Özgür gündəm" qəzetinə qarşı cinayət işi açmışdı. "Kızılay" meydanı yaxınlığında törədilən həmin terror aktı nəticəsində 37 nəfər həyatını itirmiş, 125 nəfər isə yaralanmışdı.

Xatırladaq ki, "Özgür gündəm" Türkiyədə çıxır və davamlı olaraq terrorçu PKK və onun iddialarını təbliğ edir. Qəzetin martın 14-də işıq üzü görmüş sayı "Novruzun ayaq səsləri" manşeti ilə çıxmışdı. Həmin yazıda Türkiyəyə və onun ərazi bütövlüyünə qarşı iddialar irəli sürülmüşdü.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...