Türkiyədə 3 əsgər şəhid olub, 10 əsgər yaralanıb

Türkiyədə 3 əsgər şəhid olub,


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Şırnakda törədilən terror aktı barədə açıqlama yayıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şırnakın Beytüşşebab bölgəsindəki Habur2 sərhəd-keçid məntəqəsinə gedən hərbi maşınların keçdiyi yolda öncə partlayıcı qurğu işə salınıb, daha sonra isə hərbi maşın karvanı Şimal İraqdan PKK terrorçuları tərəfindən avtomat və qumbaraatanlardan atəşə tutulub.

Nəticədə 3 əsgər şəhid olub, 10 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bölgədə geniş miqyaslı əməliyyata başlanılıb.


Türkiyədə hərbi maşının keçidi zamanı partlayış törədilib. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şırnakın Uludərə qəsəbəsində PKK terrorçuları hərbi maşın keçərkən öncədən yola basdırdıqları partlayıcı qurğunu işə salıblar. Partlayış nəticəsində 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb. Yaralıların bəzilərinin durumu ağırdır. Bölgədə geniş miqyaslı əməliyyat başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...